12-ci mərtəbədən yıxılan oğlan oraya hazırlığa gəlirmiş – FOTO

  “Kristal Abşeron” yaşayış kompleksində yeniyetmə 17 mərtəbəli binadan yıxılaraq həyatını itirib.O, təxminən saat 13 radələrində binadakı mənzillərdən birinin balkonundan yıxılıb.

Belə ki, 2010-cu il təvəllüdlü Quliyev İlqar Teymur oğlu ehtiyatsızlıq səbəbindən hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən yerindəcə vəfat edib.

APA-nın məlumatına görə, oğlan sözügedən binada yaşamayıb. O, Qobudan o binaya hazırlığa gəlirmiş.

Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki