14 yaşlı məktəbli faciəvi şəkildə öldü

  14 yaşlı məktəbli dəm qazından boğularaq ölüb.

Referans.az Unikal-a istinadən xəbər verir ki, hadisə Şamaxı rayon Qızmeydan kəndində baş verib. Belə ki, kənd sakini 2011-ci il təvəllüdlü Hümbətov Emil Eyvaz oğlu hamam otağında dəm qazından zəhərlənib.

O, yaxınları tərəfinfən Şamaxı Rayon Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki