15 dəqiqəlik görüş: Tramp Maduronun ölkəsini tərk etməsini istədi, tələblərini rədd etdi

ABŞ prezidenti Trampla Venesuela lideri Maduro arasında 15 dəqiqəlik telefon danışığı olub.

Referans Media xəbər verir ki, Maduro Trampa özü və ailə üzvlərinin qanuni əfv alması, ABŞ sanksiyalarının tamamilə ləğv edilməsi və ona qarşı işin Beynəlxalq Cinayət Məhkəməsində yekunlaşdırılması şərti ilə Venesuelanı tərk etməyə hazır olduğunu deyib. Trampın Maduronun tələblərini rədd etdiyi iddia edilsə də, Maduro administrasiyasının Trampla yeni görüş tələb etdiyi bildirilib.

ABŞ prezidenti Donald Tramp və Venesuela prezidenti Nikolas Maduro arasında telefon danışığı ilə bağlı Reuters agentliyinə danışan dörd mənbənin sözlərinə görə, Maduro qısa telefon danışığında Trampın bir sıra tələblərini rədd edib. Venesuela lideri ABŞ-ın himayəsi altında vəzifəsini tərk etməyə hazır olduğunu bildirib.

Noyabrın 21-də keçirilən görüş ABŞ və Venesuela arasında günlərlə davam edən gərginliyin ardından baş tutub. ABŞ Karib hövzəsində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən qayıqlara hücumlar təşkil edib, Tramp hərbi əməliyyatları sahilə daşıya biləcəyinə bildirib və Maduronun aid olduğu “Cartel de los Soles”i xarici terror təşkilatı elan edib.

Maduro hökuməti bütün ittihamları rədd edib. ABŞ-ın Venesuelanın geniş təbii sərvətlərini ələ keçirmək üçün rejim dəyişikliyinə çalışdığını bildirib.

Maduro həmçinin ABŞ-dan 100-dən çox Venesuela rəsmisinə qarşı sanksiyaların ləğvini tələb edib. Maduro müvəqqəti hökumətə vitse-prezident Delsi Rodrigezin rəhbərlik etməsini istəyib.

Tramp 15 dəqiqədən az davam edən görüşdə tələblərin əksəriyyətini rədd edib, lakin Maduroya ailəsi ilə birlikdə Venesuelanı tərk edərək seçdiyi ölkəyə getməsi üçün bir həftə vaxt verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki