Survivor 2026 Ünlülər-Könüllülər yarışmasında yalnız 17 gün adada qalan İbrahim Tatlısesin qızı, müğənni Dilan Çıtakın Dominikdən sonra Türkiyəyə dönmədiyi və hazırda ABŞ-da olduğu məlum olub. Maraqlı məqam isə, eyni zamanda, həyat yoldaşı Levent Dörterin isə İtaliyada olmasıdır.
Referans Media xəbər verir ki, Survivor 2026-nın ilk bölümü 1 yanvar tarixində yayımlanmışdı və yarışmanın gərginliyi ilə izləyiciləri ekran qarşısına topladı. Ötən həftə adaya vida edən Dilan Çıtak konseydəki çıxışında həm hüzün, həm də məmnunluq ifadə etmişdi:
“Çox erkən olsa da gedirəm. Həm xoşbəxtəm, həm də kədərliyəm. Bu günkü yarışı həqiqətən qazanmaq istədim. 17 gün ərzində çox gözəl anlar yaşadım. Bəzi insanlar tərəfindən kənara atılmışdım, amma bilirəm ki, çox yaxşı bir atasınız. Burada olmaqdan çox qürur duydum. Mənə Dilan kimi sahib çıxdığınız üçün təşəkkür edirəm. Ümid edirəm ki, yollarımız yenidən kəsişər.”
Yarışmadan kənarlaşdırılandan sonra sosial media hesabında ilk paylaşımını edən Çıtak bunları yazıb:
“Yaxşı ki, Survivora hə dediyim bir gün yaşayıram… Bütün tamaşaçılara çox təşəkkür edirəm. Sizləri öpürəm. Acun Media komandası, yaxşı ki varsınız və tanıdığıma çox şadam… 15 yanvar 2026. Və gözəl adam Acun Ilıcalı… Xüsusi təşəkkür. Hər şey üçün çox, çox təşəkkür edirəm. Ailəmə dönürəm.”
Lakin böyük ümidlərlə gəldiyi Dominikdə macərası yalnız 17 gün davam edən Dilan Çıtak yarışmadan sonra Türkiyəyə qayıtmayıb. Onun sosial media paylaşımlarına görə hazırda ABŞ-ın Florida ştatının Mayami şəhərində olduğu müəyyən edilib. Maraqlıdır ki, boşanacağı iddia olunan həyat yoldaşı Levent Dörter isə İtaliyadadır.
