backend

19 yaşlı oğlan faciəvi şəkildə öldü

Bakıda gənc oğlan qəfil vəfat edib.

Referans Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib.

2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib.

Yaxınları onun insult keçirdiyini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki