20 il Rusiyada gizlənmişdi, nəhayət TUTULDU

20 il ərzində ədalətdən qaçaraq Rusiyada gizlənən Qazaxıstan vətəndaşı ekstradisiya edilib.

Referans Media xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.

O, 2006-cı ildə Pavlodar şəhərində quldurluq cinayəti törətməkdə və zərərçəkmiş şəxsin əmlakını ələ keçirməkdə şübhəli bilinir.


Hadisənin digər iştirakçıları artıq mühakimə olunaraq cəzalandırılıblar.

Uzun sürən axtarışlardan sonra şübhəli şəxs 2025-ci ilin sentyabrında Rusiyanın Novosibirsk vilayətində saxlanılıb. Hazırda Qazaxıstana təhvil verilən şəxsi 10 ilə qədər həbs cəzası gözləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki