2025-ci ildə istifadəçilərin sayına görə dünyada ən çox istifadə edilən sosial şəbəkələrin siyahısı açıqlanıb. Referans Media bildirir ki ,İqtisadiyyat.az-ın araşdırmasına görə, 100 milyondan çox istifadəçisi olan ən yüksək reytinqli sosial şəbəkələrin əksəriyyəti ABŞ-də yaranıb. Lakin Çinin sosial şəbəkələri “WeChat”, “QQ” və ya video paylaşma tətbiqi “Douyin” kimi xidmətlər də yerli kontekst və məzmuna görə populyarlıq qazanıb.
Araşdırmalara görə, “Facebook” dünyada 3 milyarddan çox aylıq aktiv istifadəçi ilə ən populyar sosial şəbəkə olaraq qalır. Bu sosial şəbəkənin gündəlik aktiv istifadəçilərinin sayı 2.11 milyardı ötüb.
Siyahıda ikinci yerdə 3 milyardla “Whatsapp” gəlir.
