Gəncədə bıçaqlanma faktı qeydə alınıb.
Referans Media Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.
İlkin məlumata görə, 2003-cü il təvəllüdlü İsbi Əhmədov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, hadisənin səbəbləri araşdırılır
