Gəncədə 24 yaşlı oğlanın meyiti tapılıb.
Referans Media xəbər verir ki, E. Zeynalovun meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.























