Bakıda 25 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.
Referans Media “Report”a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü İsmayılov Rüstəm Şabanli oğlu yaşadığı Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 60 ünvanında hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.























