26 dərəcə isti – Bu gün yaz havası olacaq

  Azərbaycanda bu gün havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

 Bu barədə  Referans.az-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Toyuqlu pizza

Havanın temperaturu gecə 17-19° isti, gündüz 21-26° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki