3 futbolçu milli komandamızın heyətindən çıxarıldı

  Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Fransa ilə Parisdə keçiriləcək oyun üçün heyətini dəqiqləşdirib.

Referans.az  Azerisport.com saytına xəbər verir ki, 23 nəfərlik heyətdə Səbuhi Abdullazadə, İsmayıl İbrahimli və Ceyhun Nuriyev yer almayıb.

Fransa – Azərbaycan oyunu bu gün “Park de Prens” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki