40 min hərbçi əraziyə göndərildi: 24 saat vaxt verildi

ABŞ Yaxın Şərqdə yerləşən doqquz hərbi bazada 30–40 min arasında hərbçi saxlayır.

Bu barədə ABŞ dövlət katibi Marko Rubio açıqlama verib.

Rubio İranın mümkün cavab zərbələri ilə bağlı bəyanatlarına münasibət bildirərək, ABŞ-ın regiondakı hərbi mövcudluğunu açıq şəkildə nümayiş etdirdiyini vurğulayıb.

Bundan əvvəl “İnsider” portalı qeyd edib ki, əgər növbəti 24 saat ərzində hər hansı bombardmançıların hərəkəti müşahidə olunarsa, bu Yaxın Şərqdə yeni müharibə başlayacağı deməkdir.

Xatırladaq ki, İran xarici işlər nazirinin müavini daha əvvəl bildirib ki, İran raketləri ABŞ ərazisinə çata bilməsə də, Yaxın Şərqdəki Amerika hərbi bazalarına zərbə endirmək imkanına malikdir.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki