6,2 milyon dollarlıq "divara yapışdırılmış banan" oğurlandı

Fransanın Mets şəhərində yerləşən Pompidu Mərkəzində sərgilənən və dəyəri 6,2 milyon dollar olan məşhur "Divara yapışdırılmış banan" sənət əsəri oğurlanıb.

Hadisə təhlükəsizlik əməkdaşlarının eksponatdakı bananın yerində olmadığını aşkar etməsindən sonra məlum olub. Muzey rəhbərliyi oğurluqla bağlı polisə müraciət edib.

Muzeydən bildirilib ki, oğurlanan bananın yerinə dərhal yenisi yerləşdirilib.

Əsər italiyalı rəssam və heykəltəraş Maurizio Cattelan tərəfindən yaradılıb və "Komediya" adlanır. Rəssam daha əvvəl İngiltərədə sərgilənən qızıldan hazırlanmış tualet formalı əsərinin oğurlanması ilə də gündəmə gəlmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki