64 yaşlı usta faciəvi şəkildə öldü

Abşeronda elektrik cərəyanı ustanı vuraraq öldürüb.

Referans xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

1961-ci il təvəllüdlü Cavad Zabulla oğlu Davudov evdə elektrik işi görən zaman onu elektrik cərəyanı vurub. C.Davudov hadisə yerində keçinib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki