74 avtomobil hərraca çıxarılacaqbackend

74 avtomobil hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyulun 22-si və 29-da hərraclar keçiriləcək. Hərraclara 74 nəqliyyat vasitəsi çıxarılıb.

Referans Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, iyulun 22-də keçiriləcək hərraca 14 lot üzrə 62 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1987-2012-ci illəri əhatə edir.

İyulun 29-da keçiriləcək hərraca isə lot üzrə 12 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2013-2014-cü illəri əhatə edir.

Hərraca çıxarılan əmlakların siyahısı ilə bu link vasitəsilə tanış olmaq mümkündür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki