2023-cü ildən bəri ABŞ-də kosmik tədqiqatlar və nüvə fizikası ilə məşğul olan ən azı səkkiz alim itkin düşüb və ya sirli şəraitdə ölüb.
Referans Media bu barədə “Fox News”-a istinadən xəbər verir.
Kanalın məlumatına görə, onların arasında 2023-cü ildə 59 yaşında vəfat edən NASA əməkdaşı Maykl Hiks də var. O, kometlərin və asteroidlərin öyrənilməsində iştirak edib, lakin ölüm səbəbi açıqlanmayıb.
Həmçinin, Los Alamos Milli Laboratoriyasının nüvə texnologiyası sahəsində çalışan 53 yaşlı Melissa Kasiasın 2025-ci ildə itkin düşdüyü bildirilib.
Siyahıda sonuncu yerdə 2026-cı ilin fevral ayında yoxa çıxan ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş general-mayoru Uilyam Makkaslanddır. Kanalın məlumatına görə, onun məxfi məlumatlara çıxışı var idi.
“Fox News”, həmçinin bildirir ki, Ağ Ev administrasiyası bu məlumatla bağlı araşdırma aparmağı nəzərdən keçirir.























