800 milyon insan bundan əziyyət çəkir – BMT-dən ÇAĞIRIŞ

“Dünyada təxminən 800 milyon insan hələ də ifrat yoxsulluq içində yaşayır”.
Referans Media  xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

O bildirib ki, bu insanların vəziyyəti münaqişələr, iqlim dəyişikliyi, dərinləşən bərabərsizlik və ağır borc yükü ilə daha da ağırlaşır.

BMT rəsmisi hökumətləri layiqli iş yerlərinə, keyfiyyətli təhsilə, səhiyyəyə, davamlı kənd inkişafına və universal sosial müdafiəyə investisiya qoymağa çağırıb.globalinfo

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki