82 il sonra Leninqrada aviabomba atıldı – FOTO

Ukrayna ordusu Leninqrad vilayətinə zərbələrdə yüngül motorlu A-22 təyyarəsindən istifadə edib.

Referans Media Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Ukrayna ordusu Ust-Luqa limanına bu təyyarə vasitəsilə FAB bombaları atıb.

Bildirilib ki, bu İkinci Dünya müharibəsindən bəri Leninqrada atılan ilk aviabombadır.

Qeyd edək ki, Ukrayna ordusu Ust-Luqa limanındakı nəhəng neft terminalını vurmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki