Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib ki, AB Qəzzədəki sülh prosesinin bir hissəsi olmaq istəyir.
Onun sözlərinə görə, Hamasın silahsızlandırılması üçün Filistin polisinə ehtiyac var və bu istiqamətdə AB-nin EUPOL COPPS missiyası dəstək verə bilər. Kallas qeyd edib ki, Ürdün və Misirlə razılaşmalar mövcuddur, lakin bunun üçün İsrailin də razılığı tələb olunur.
Kallas əlavə edib ki, AB Rusiyaya qarşı təzyiqi davam etdirəcək.
