PKK terror təşkilatının lideri Abdullah Öcalan İmralı həbsxanasında keçirilən görüş zamanı silahlı mübarizənin dayandırıldığını və bundan sonra demokratik siyasətə üstünlük veriləcəyini açıqlayıb.
Referans Media xəbər verir ki , bu barədə DEM Partiya nümayəndələri – TBMM sədrinin müavini Pervin Buldan, millət vəkili Mithat Sancar və vəkil Faik Özgür Erol məlumat veriblər.
Partiyanın açıqlamasına görə, fevralın 16-da keçirilən və üç saat yarım davam edən görüşdə A.Öcalan zorakılıq və silahdan imtina edildiyini bildirib. O qeyd edib ki, bundan sonra əsas məqsəd demokratik siyasi fəaliyyətin gücləndirilməsi və cəmiyyət daxilində inteqrasiyanın təmin olunmasıdır. “Silah yerə qoyulub, zorakılığa son verilib, müdhiş bir demokratik siyasət aparacağıq”, – A.Öcalan yazılı açıqlamasında bildirib.
