backend

ABŞ-da Azərbaycan pasportu daşıyan erməni HƏBS EDİLDİ -Bakıya deportasiya ediləcək

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi əməkdaşları Los-Ancelesdə Azərbaycan pasportu olan qanunsuz immiqrantı həbs ediblər.

Referans Media xəbər verir ki, “Fox News”un məlumatına görə, qanunsuz immiqrantın əvvəllər bir neçə dəfə məhkumluğu olub

ICE-nin məlumatına görə, Rafael Vladimiroviç Sarkisyan 25 noyabrda Los-Ancelesdə İmmiqrasiya və Gömrük Mühafizəsi əməkdaşları tərəfindən həbs edilib. O, deportasiya prosesinə qədər həbsdə qalacaq.

Həbs edilən Sarkisyan, ehtimal ki, 1990-cı illərin əvvəllərində Sovet pasportu ilə Azərbaycanı tərk edən ermənilərdən biridir və buna görə də müstəqil Azərbaycanın vətəndaşı deyil.

Lakin, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi onu Azərbaycana deportasiya edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki