ABŞ-ın Colorado ştatında baş verən güclü qum fırtınası nəticəsində 30-dan çox avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb, 29 nəfər yaralanıb.
Referans Media xəbər verir ki, Polisin məlumatına görə, qəza yerli vaxtla saat 10:00 radələrində Pueblo şəhəri yaxınlığında yerləşən Interstate 25 magistralında qeydə alınıb. Güclü külək və qum fırtınası səbəbindən görmə məsafəsinin demək olar ki, sıfıra enməsi çoxsaylı avtomobillərin toqquşmasına gətirib çıxarıb, bəzi nəqliyyat vasitələri yoldan çıxıb.
Colorado State Patrol sözçüsü Brian Lyons bildirib ki, qəzada müxtəlif avtomobillərdə olan 4 nəfər həyatını itirib, 29 nəfər isə xəsarət alıb. Onun sözlərinə görə, hadisə zamanı görmə məsafəsi demək olar ki, sıfır olub.
