ABŞ-da tarixi qərar: 250 il sonra istehsalı dayandırıldı

  ABŞ-da təxminən iki əsr yarım dövriyyədən sonra 1 sentlik sikkənin istehsalı rəsmi olaraq dayandırılıb.

Referans.az  xəbər verir ki, ABŞ Zərbxanası bundan sonra istehsalın yalnız kolleksiyaçılar üçün məhdud sayda olacağını açıqlayıb.

Rəsmilərin sözlərinə görə, qərar həm iqtisadi, həm də praktik səbəblərdən verilib. Bir sikkə istehsal etməyin dəyəri bu pulun özünün dəyərindən dəfələrlə çoxdur. Bundan əlavə, rəqəmsal ödəniş metodlarının geniş yayılması kiçik sikkələrə olan ehtiyacı əhəmiyyətli dərəcədə azaldıb.

ABŞ Maliyyə Nazirliyi bu qərarın vergi ödəyicilərinə ildə 50 milyon dollardan çox qənaət edəcəyini təxmin edir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki