ABŞ-dan 8 ölkə ilə bağlı vətəndaşlarına xəbərdarlıq

  ABŞ səyahətlə bağlı vətəndaşlarına xəbərdarlıq edib.

Referans.az  xəbər verir ki, ABŞ-ın Azərbaycandakı Səfirliyi də bununla bağlı rəsmi hesabında paylaşım edib.

 Bildirilib ki, son zamanlar bəzi ölkələrdə amerikalıların qeyri-qanuni həbsləri riski yüksək hal alıb: “Siyahıya daxil edilən ölkələr bunlardır: Əfqanıstan, Eritreya, Nikaraqua, Rusiya, Myanma, İran, Şimali Koreya və Venesuela.

ABŞ vətəndaşları səyahət etməzdən əvvəl travel.state.gov saytında yerləşdirilən səyahət tövsiyələrini nəzərdən keçirməli və onlara əməl etməlidir. Xəbərdarlığın məqsədi ABŞ vətəndaşlarını mümkün risklər barədə öncədən məlumatlandırmaqdır”./Globalinfo.az   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki