ABŞ Hərbi Dəniz Qüvvələri İrana qarşı 38 ildən sonra ilk dəfə olaraq gəmi göyərtəsi topundan (palub silahı) istifadə edib.
Referans Media xəbər verir ki, bu barədə “The War Zone” məlumat yayıb.
“Hərbi gəminin başqa gəmiyə qarşı paluba artilleriyasından istifadə etdiyi son təsdiqlənmiş hadisə “Operation Praying Mantis” (Tanrıya dua edən həşərat) əməliyyatı zamanı baş verib”.
Qeyd edilir ki, 18 aprel 1988-ci ildə Fars körfəzidə keçirilən “Praying Mantis” ABŞ-ın İrana cavab əməliyyatı idi:
“O vaxt ABŞ qüvvələri İranın mina partlatdığı hərbi gəmiyə cavab olaraq iki neft platformasını, bir hərbi gəmini və bir katerini məhv etmişdi.
Bu əməliyyat İkinci Dünya müharibəsindən sonra ABŞ-ın ən böyük dəniz döyüşü sayılır”.























