ABŞ-dan İsrailə sərt təpki: Netanyahuya şəxsi mesaj göndərildi

Ağ Ev atəşkəs razılaşmasının şərtlərinin pozulması ilə bağlı İsrailin Baş naziri Benyamin Netanyahuya sərt şəkildə şəxsi mesaj göndərib.

Bu barədə Axios məlumat yayıb.

Söhbət HƏMAS-ın hərbi qanadının komandir müavini və 7 oktyabr hücumlarının təşkilatçılarından biri hesab edilən Raeed Saadın zərərsizləşdirilməsi əməliyyatından gedir. Zərbə həftəsonu endirilibə

ABŞ rəsmilərinin sözlərinə görə, İsrail hökuməti əməliyyatdan əvvəl Vaşinqtonu məlumatlandırmayıb və onunla məsləhətləşməyib.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki