ABŞ-də 100 milyondan çox insan üçün şiddətli hava xəbərdarlığı

Amerika Birləşmiş Ştatları-nın şimal ştatlarında güclü qar və fırtına riski səbəbindən 100 milyondan çox insanı əhatə edən hava xəbərdarlığı edilib.

ABC News-un məlumatına görə, Great Lakes region ətrafındakı Wisconsin, Minnesota və Michigan kimi ştatlarda güclü qar yağışı və fırtına müşahidə olunur.

Bildirilir ki, South Dakota, North Dakota və New York ştatlarında da qar yağacağı gözlənilir.

Digər tərəfdən, Nebraska ştatında davam edən meşə yanğınları nəticəsində 243 min hektardan çox ərazi külə dönüb. Wes Moore isə sakinləri mümkün fövqəladə vəziyyətlərə hazır olmağa və təhlükəsiz yerlərə sığınmağa çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki