ABŞ-də dəhşət: özəl təyyarə yerə çırpıldı

ABŞ-nin şimal-şərqində yerləşən Meyn ştatında göyərtəsində 8 nəfərin olduğu özəl reaktiv təyyarə qəzaya uğrayıb.

Referans Media xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) yaydığı məlumata görə, “Bombardier Challenger 600” tipli təyyarə Banqor Beynəlxalq Hava Limanından qalxış zamanı yerə düşüb.

Açıqlamada təyyarədə 8 nəfərin olduğu bildirilib və hadisə ilə bağlı araşdırmaya başlanıldığı qeyd edilib.

Hava limanı rəhbərliyi isə uçuş-enmə zolağının müvəqqəti olaraq bağlandığını açıqlayaraq, vətəndaşlardan əraziyə yaxınlaşmamalarını xahiş edib.

Qəza zamanı təyyarədə olan şəxslərin sağlamlıq vəziyyəti ilə bağlı hələlik rəsmi məlumat verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki