ABŞ-də İŞİD tərəfdarları saxlanıldı – Helloində terror törədəcəkdilər…

  ABŞ-nin Miçiqan ştatında İŞİD tərəfdarları tərəfindən planlaşdırılan terror aktının qarşısı alınıb.Referans xəbər verir ki, bu barədə ABŞ-nin baş prokuroru Pamela Bondi bildirib.

Onun sözlərinə görə, məxfiləşdirilməmiş məhkəmə prosesi İŞİD-ə bağlı böyük bir terror planını ortaya qoyur.

“Miçiqan ştatının şərq dairəsində bir neçə şəxs həbs edilib. Onların çoxsaylı AR-15 tüfəngləri, taktiki avadanlıqları və ABŞ ərazisinə hücum üçün ətraflı planı olub”, – Bondi deyib.

Qeyd edək ki, daha əvvəl Federal Təhqiqatlar Bürosunun direktoru Kaş Patel Helloin hücumu ilə bağlı beş nəfərin həbs edildiyini, onların yalnız ikisinə ittiham irəli sürüldüyünü açıqlamışdı./publika.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki