ABŞ-də miqrantlarla bağlı yenilik: Bu xüsusiyyətlər də yoxlanılacaq

  Donald Tramp administrasiyası vətəndaşlıq və digər miqrantlıq müraciətlərində “Amerikaya qarşı” fikirlərin nəzərdən keçiriləcəyini açıqlayıb. Yeni qaydalara əsasən, müraciət edənlərin sosial media paylaşımları və antisemit ideologiyaları təşviq edib-etmədikləri də yoxlanacaq.

Referans  xarici mediaya istinadən xəbər verir ki, USCIS sözçüsü Matthev  Traqesser bildirib ki, ABŞ imkanlarını ölkəyə hörmət qoymayan və Amerika əleyhinə ideologiyaları yayanlara verilməməlidir.

Lakin yeni qaydalarda “Amerikaya qarşı olmaq” anlayışının dəqiq ölçüsü göstərilməyib.

Tramp administrasiyası həmçinin ölkəyə qeyri-qanuni daxil olan “cinayətkar miqrantların” nəzarətdə saxlanması üçün Quantanamo körfəzində 30 min nəfərlik müəssisənin hazırlanmasını tapşırıb. ABŞ Müdafiə naziri Pete Heqset isə bu müəssisənin “miqrantlar üçün mükəmməl məkan” olduğunu açıqlayıb.Qeyd edək ki, Tramp prezidentliyinin ilk günündə keçmiş prezident Co Bayden dövründə tətbiq olunan çeşidlilik, bərabərlik və inklüzivlik proqramını ləğv etmiş, “CBP One” proqramını isə dayandırmışdı.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki