ABŞ hərbi donanması bu ölkəyə daxil oldu – Atışma başladı, ölənlər var

ABŞ bayrağı altında üzən gəmi Kubanın ərazi sularına daxil olaraq atəş açıb.

Referans Media  xəbər verir ki, bu barədə Kuba Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hadisə ölkənin Villa Klara əyalətində, El Pino kanalı yaxınlığında qeydə alınıb. FL7726SH qeydiyyat nömrəli qayığın sərhəd pozuntusu etdiyi və Kuba sərhədçiləri tərəfindən saxlanıldığı vurğulanır.

Nazirliyin məlumatına əsasən, beş sərhədçidən ibarət qrup qaydaları pozan gəmini ələ keçirməyə çalışarkən atışma baş verib. Toqquşma nəticəsində qarşı tərəfdən dörd nəfərin öldüyü, altı nəfərin isə yaralandığı bildirilir.

Yaralananlar təxliyə olunaraq tibbi yardım alıblar./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki