ABŞ-ın 14 ştatında fövqəladə vəziyyət elan edildi

Yaxınlaşan qar fırtınası səbəbilə ABŞ-da azı 14 ştat fövqəladə vəziyyət elan edib.

Referans Media xəbər verir ki, fırtınanın Alabama, Arkanzas, Corciya, Kanzas, Kentukki, Luiziana, Missisipi, Missuri, Nyu-York, Şimali Karolina, Cənubi Karolina, Tennessi, Texas və Virciniya ştatlarına təsir etməsi gözlənilir.

Paytaxt Vaşinqtonda azı 22 santimetr hündürlüyündə qar proqnozlaşdırılır.

Qeyd edək ki, fövqəladə vəziyyət səbəbilə şənbə günü üçün ABŞ-da planlaşdırılan 1700-dən çox yerli və beynəlxalq uçuş ləğv edilib.//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki