ABŞ-ın NATO-dakı nümayəndəsi: Ukraynadakı münaqişə 90 gün ərzində həll oluna bilər

ABŞ-ın NATO yanında səfiri Metyu Uitaker Ukraynadakı münaqişənin 90 gün ərzində həllinin mümkün olduğunu bildirib. O, bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

“Referans MEDİA” xəbər verir ki, “Əgər bu məsələ həll olunacaqsa, deməli, qarşıdakı 90 gün ərzində baş tutacaq”, – deyə Uitaker vurğulayıb.

Səfir əlavə edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturlarına endirdiyi zərbələr səbəbindən qarşıdan gələn qış Ukrayna üçün olduqca çətin keçə bilər. Bununla yanaşı, o qeyd edib ki, ukraynalılar passiv mövqe tutmur, əksinə, öz hücumlarını davam etdirməyə çalışırlar. “Bu vəziyyət dayandırılmalıdır”, – deyə Uitaker bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki