ABŞ-ın Vaşinqton ştatı Ramazan ayını rəsmi olaraq tanıdı.

Washington ştatının valisi Bob Ferguson 18 fevral – 19 mart 2026 tarixlərini rəsmi olaraq Ramazan ayı elan edib.Referans Media xəbər verir ki, O, bununla bağlı açıqlamasını X sosial media platformasında paylaşıb.

Ferguson bildirib ki, ştatda yaşayan müsəlmanlar cəmiyyətin ayrılmaz hissəsidir və təhsil, səhiyyə, iqtisadiyyat, texnologiya, incəsənət və vətəndaş cəmiyyəti sahələrində mühüm rol oynayırlar. Onun sözlərinə görə, Ramazan ayı dünya üzrə milyonlarla müsəlman tərəfindən oruc, ibadət, xeyriyyəçilik və həmrəylik ruhunda qeyd olunur və bu dəyərlər cömertlik, özünənəzarət, şükür və ictimai məsuliyyət hissini gücləndirir.

Vali həmçinin xatırladıb ki, Washington Ramazan və Qurban bayramlarını müsəlmanlar üçün rəsmi tətil kimi tanıyan ilk ABŞ ştatıdır. O, Ramazana oruc və dua ilə başlayan minlərlə müsəlman sakini təbrik edərək, ştat rəhbərliyinin müsəlman icmasına dəstəyini davam etdirəcəyini vurğulayıb.

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki