ABŞ İranla bağlı məsələni həll etdikdən sonra diqqətini Kubaya yönəldə bilər.
Referans Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Biz bu məsələni (İranı) həll edəcəyik. Bundan sonra isə Kubaya nəzər sala bilərik”, – deyə o qeyd edib.
Ağ Ev rəhbəri vurğulayıb ki, Kuba uzun illər davam edən zəif idarəçilik səbəbindən geriləmə yaşayır.//publika.az























