image-gemi-vuruldubackend

ABŞ İranın aviadaşıyıcı gəmisini vurdu

Amerika qoşunları İranın pilotsuz uçuş aparatlarını daşıyan gəmisinə zərbə endirib.

Referans Media  xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

CENTCOM tərəfindən paylaşılan videoda sursatın İranın nəhəng gəmisinə dəyməsi və onun üzərindən qatı tüstünün yüksəlməsi görünür.

Komandanlığın məlumatına görə, ölçülərinə görə İkinci Dünya müharibəsi dövrünün aviadaşıyıcılarını xatırladan PUA daşıyan gəmi hazırda yanır.

Məlumatda zərbənin harada endirildiyi dəqiqləşdirilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki