ABŞ-ın Hudson İnstitutunun aparıcı eksperti Luke Coffey Türk Dövlətləri Təşkilatının (TDT) qlobal geosiyasətdə artan roluna diqqət çəkərək, Vaşinqtonun bu qurumla əməkdaşlığı dərinləşdirməsinin vacibliyini vurğulayıb.
O bildirib ki, TDT üzv və müşahidəçi ölkələrlə birlikdə təxminən 175 milyon əhalini və 2,4 trilyon dollardan çox ümumi daxili məhsulu təmsil edir. Ekspert təşkilatın Avrasiya məkanında strateji mövqeyə malik olduğunu, enerji, ticarət və kritik mineral resurslar baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Coffey hesab edir ki, TDT regionda Çin və Rusiyanın təsirini tarazlaşdıra biləcək potensiala malikdir. O, ABŞ-ın Avrasiyadakı maraqları, təhlükəsiz ticarət marşrutları və kritik minerallara çıxışı baxımından TDT-ni diqqətdən kənarda qoya bilməyəcəyini bildirib.
Ekspert ABŞ dövlət katibi Marko Rubionu ABŞ-TDT Zirvəsi keçirməyə və ya TDT-nin baş katibi Kubanıçbek Ömürəliyevi Vaşinqtona dəvət etməyə çağırıb.
