ABŞ müharibəyə hazır olmalıdır – Pit Heqset

  ABŞ sülhün müdafiəsi üçün müharibəyə hazır olmalıdır.Referans APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri bu gün ordu generalları və admirallarının iştirakı ilə keçirilən görüşdə bildirib.

“Müharibə Nazirliyinə xoş gəlmisiniz, çünki Müdafiə Nazirliyinin dövrü başa çatdı” – nazir görüş iştirakçılarını salamlayaraq deyib.

Pentaqonun rəhbəri bu andan etibarən yenicə bərpa olunmuş Müharibə Nazirliyinin yeganə missiyasının döyüş əməliyyatları aparmaq olduğunu bildirib.

O, həmçinin vəd edib ki, əgər düşmənlər ABŞ-a meydan oxumağa qərar versələr, onlara “sarsıdıcı zərbə” endiriləcək. Onun sözlərinə görə, Birləşmiş Ştatlar “sülhün müdafiəsi üçün müharibəyə hazır olmalıdır”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki