ABŞ-nin vitse-prezidenti Azərbaycana səfərə gəlib

ABŞ Vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da Azərbaycana rəsmi səfərə gəlib.

“Referans MEDİA”nın məlumatına görə, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ABŞ-nin Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Vitse-prezident Ceyms Devid Vensi Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar./Report/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki