ABŞ nüvə təyyarəsini Britaniyaya GÖNDƏRDİ

ABŞ Hərbi Hava Qüvvələrinin  nüvə silahının aşkarlanması üçün istifadə olunan “WC-135R Constant Phoenix” təyyarəsi Vaşinqton və Tehranın münasibətlərində artan gərginlik fonunda Böyük Britaniyaya çatıb.

Referans Media  xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti  mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, “nüvə detektoru” təyyarəsi Britaniyanın şərqində yerləşən Mildenhall hərbi bazasına eniş edib.

Qeyd olunur ki, təyyarə radioaktiv hissəcikləri aşkar etmək üçün istifadə olunur və adətən nüvə təhlükəsizliyi ilə bağlı fəaliyyətlərdə iştirak edir/musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki