ABŞ ordusu Karib dənizində narkotik daşıdığı müəyyən edilmiş bir gəmiyə hava və dəniz əməliyyatı təşkil edərək üç narko-terroristin öldürüldüyünü açıqlayıb. Bu əməliyyatla Cənub Nizə Əməliyyatı çərçivəsində həyatını itirənlərin sayı 151-ə yüksəlib.
Referans Media xəbər verir ki, Karib Dənizində narkotik daşıyan və “terror təşkilatı” ilə əlaqəsi olduğu iddia edilən gəmiyə hücum nəticəsində üç narko-terrorist öldürülüb. ABŞ hərbçilərinə zərər dəyməyib. Əməliyyat ABŞ Cənub Komandanlığı rəhbəri General Francis L. Donovan rəhbərliyi altında həyata keçirilib.
Bu son əməliyyatla birlikdə, ABŞ-ın Sakit okean və Karib dənizində keçirdiyi oxşar əməliyyatlarda həyatını itirənlərin sayı ən az 151 nəfərə çatıb. ABŞ hökuməti bu əməliyyatları, Latin Amerikadan ABŞ-a narkotik axınının qarşısını almaq məqsədilə həyata keçirilmiş tədbirlər kimi təqdim edir.
Lakin əməliyyatlar beynəlxalq hüquq və insan hüquqları ekspertləri tərəfindən tənqid olunur. Əvvəlki əməliyyatlarda mülkilərin hədəf alınması iddiaları insan haqları və beynəlxalq qanun çərçivəsində ciddi narahatlıqlar doğurur.
Ekspertlər bildirir ki, ABŞ-ın narkotik mübarizəsi adı altında keçirdiyi əməliyyatlar beynəlxalq hüququn pozulmasına yol aça bilər.
