ABŞ ordusu üç gəmini vurdu – 11 nəfər həlak oldu

ABŞ ordusu Şərqi Sakit Okean və Karib dənizində narkotik qaçaqçılığı ilə məşğul olduğu iddia edilən üç gəmini hədəf alıb. Hücumlar nəticəsində 11 nəfər həyatını itirib.

Referans Media xəbər verir ki, hücumlar ABŞ-ın Cənubi Komandanlığı tərəfindən həyata keçirilib. Saldırılar General Francis L. Donovan rəhbərliyi ilə təşkil olunub. Hücum olunan iki gəmidə Şərqi Sakit Okeanda 8, üçüncü gəmidə Karib dənizində isə 3 nəfər olub.

ABŞ ordusu, gəmilərin narkotik qaçaqçılığı marşrutları boyunca hərəkət etdiyini və qaçaqçılıq fəaliyyətində iştirak etdiyini təsdiqləyib.

ABŞ-ın bu cür hücumları və içəridəki şəxsləri birbaşa hədəf alması “hakimsiz edam” müzakirələrinə səbəb olub. Şərqi Sakit Okean və Karibdəki gərginlik artır və beynəlxalq ictimaiyyətin diqqətini çəkir.

ABŞ ordusunun narkotik qaçaqçılığı ilə mübarizə adı altında keçirdiyi əməliyyatlarda çoxsaylı ölümlər baş verib və bu, bölgədə gərginliyi daha da yüksəldir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki