ABŞ Prezidenti Donald Tramp Danimarkanın Qrenlandiya ətrafında mövcud olduğu iddia edilən “Rusiya təhlükəsini” aradan qaldıra bilmədiyini bildirib.
Referans MEDİA xəbər verir ki, Tramp “Truth Social” platformasında paylaşdığı açıqlamada qeyd edib ki, NATO artıq 20 ildir Danimarkaya Qrenlandiya məsələsində Rusiyanın təsirinin qarşısının alınmasının vacibliyini xatırladır. Onun sözlərinə görə, Danimarka bu müddət ərzində vəziyyəti dəyişmək üçün heç bir real addım ata bilməyib. ABŞ Prezidenti vurğulayıb: “İndi artıq vaxtıdır və bu məsələ həll olunacaq.”
Donald Tramp yanvarın 17-də yenə “Truth Social”da paylaşdığı digər açıqlamada Qrenlandiya ilə bağlı yaranmış mübahisə fonunda Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveçə qarşı 10 faiz gömrük rüsumu tətbiq ediləcəyini bildirib. O qeyd edib ki, bu rüsumlar iyunun 1-dən etibarən 25 faizə qaldırılacaq.
