ABŞ Qrenlandiyaya hücum edəcək? – Conson açıqladı

ABŞ Qrenlandiyaya qarşı hərbi əməliyyat aparmaq niyyətində deyil.

Bu barədə ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib.

O bildirib ki, Vaşinqton Qrenlandiya ilə bağlı Danimarkayla danışıqlar aparmağa hazırlaşır.

Bu arada ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, gələn həftə Danimarka rəsmiləri ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə edəcək.

“Mən onlarla gələn həftə görüşəcəm, biz müzakirələr aparacağıq”, — deyə Rubio vurğulayıb.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki