ABŞ Rusiya tankerini ələ keçirdi – Bu ölkə kömək edib

Şimali Atlantikada Rusiya bayrağı altında hərəkət edən “Marinera” tankeri ABŞ sanksiyalarını pozduğuna görə saxlanılıb.

Referans Media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı “X” şəbəkəsində məlumat paylaşıb.

Həbs ABŞ federal məhkəməsinin orderi əsasında həyata keçirilib.

Böyük Britaniya ABŞ hökumətinin xahişi ilə Rusiyaya məxsus Marinera tankerinin ələ keçirilməsinə yardım edib. Krallığın Müdafiə Nazirliyinin bəyanatında bildirilir ki, Böyük Britaniya həmin tankeri izləmək üçün kəşfiyyat təyyarələrini işə salıb, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinə öz aviabazalarını təqdim edib.//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki