image-abs_konqresibackend

ABŞ sahillərində 6 bal gücündə zəlzələ baş verib

ABŞ-ın Oregon ştatının sahilləri yaxınlığında 6 bal gücündə zəlzələ qeydə alınıb.

Referans Media xəbər verir ki, ABŞ Geoloji Tədqiqatlar Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin episentri Oregon ştatının Bandon bölgəsindən təxminən 295 kilometr qərbdə yerləşib.

Yeraltı təkanların dərinliyi 10 kilometr olaraq ölçülüb.

Zəlzələ nəticəsində ölən və ya xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat verilməyib.

Həmçinin zəlzələdən sonra mümkün sunami təhlükəsi barədə də hər hansı açıqlama yayılmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki