ABŞ təyyarələri İran sərhədində

İran sərhədi yaxınlığında ABŞ-ın “Boeing P-8A Poseidon” kəşfiyyat təyyarəsi və “MQ-4C Triton” pilotsuz uçuş aparatı (PUA) görülüb.

Referans Media  xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.

Bəhreyndəki bazadan havaya qalxan “Boeing P-8A Poseidon” təyyarəsi Hörmüz boğazı üzərindən dövrə vuraraq geri qayıdıb. PUA isə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidən havaya qalxaraq Oman körfəzi üzərindən uçub.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranın nüvə və ballistik raket proqramları səbəbindən Tehrana qarşı sərt hərbi addımların atıla biləcəyini bildirmişdi./publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki