image-1640667968_teyyare_bizplus-az_backend

ABŞ təyyarəsi yoxa çıxdı: 6 nəfər…

ABŞ-ın “Boinq KC-135 Stratotanker” yanacaqdoldurma təyyarəsi “Güclü qəzəb” əməliyyatı zamanı dost hava məkanında yoxa çıxıb.

Referans Media xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata görə, hadisə “Güclü qəzəb” əməliyyatı çərçivəsində baş verib.

Bildirilib ki, iki təyyarədən biri İraqın qərbində qəzaya uğrayıb, digəri isə İsrailə təhlükəsiz eniş edib.

“Axtarış tədbirləri davam etdirilir”, – məlumatda qeyd olunub.

CENTCOM məlumatında qeyd edilib ki, təyyarələr nə düşmən atəşi, nə də dost atəşi ilə vurulub.

İtmiş təyyarədə 6 nəfər heyət üzvü olub. Onların vəziyyəti barədə heç bir məlumat yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki