ABŞ “Tramp marşrutu” layihəsinin inkişafı üzrə Ermənistan-Amerika şirkətinin yaradılmasını təsdiqləyib.
Referans Media Teleqraf-a istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının Direktorlar Şurası iyunun 3-də bir sıra yeni strateji investisiyaları, o cümlədən ticarət, nəqliyyat, iqtisadi inkişaf və regional kommunikasiyaları dəstəkləməyi hədəfləyən Ermənistan-Amerika birgə müəssisəsi olan TRIPP İnkişaf Şirkətinin yaradılmasını təsdiqləyib.
Şirkət dəmir yolları, avtomobil yolları, boru kəmərləri, fiber-optik şəbəkələr və sair daxil olmaqla, əsas infrastruktur layihələrinin həyata keçirilməsini dəstəkləyəcək.
